Rusiya Müdafiə Nazirliyi Kiyevin pilotsuz uçuş aparatları (PUA) ilə Belqorod və Kursk vilayətlərinə hücum cəhdinin qarşısını aldıqlarını bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Nazirlikdən verilən yazılı açıqlamaya görə, ötən gecə Ukrayna Rusiya ərazisindəki obyektlərə PUA-larla hücuma cəhd edib.
Açıqlamada hava hücumundan müdafiə sistemləri tərəfindən Belqorod vilayəti üzərində Ukraynaya məxsus 7 PUA-nın və Kursk vilayəti üzərində 4 PUA-nın məhv edildiyi bildirilib.
//Safura Bənnayeva, Editor.az

