Rusiya ötən həftə Ukrayna ordusundan rusiyapərəst separatçıları qorumaq üçün Ukraynanın şərqinə muzdlu əsgərlər göndərib.
Editor.az-ın Reuters-a istinadən verdiyi məlumata görə, Rusiya muzdluları Donbassda müdafiə və təxribat üçün xüsusi təlim keçir. Muzdlular Rusiyanın planından və hücuma hazırlığından xəbərsiz olduqlarını bildiriblər. Separatçı liderlər sözügedən əlavə qüvvələrdən xəbərsiz olduqlarını və heç bir əlaqələri olmadığını bildiriblər.
Ukraynanın şərqinə gedən rusların öz təşəbbüsü ilə orada olduqlarını açıqlayan rəsmi Kreml muzdluların onlarla heç bir əlaqəsinin olmadığını müdafiə edib.
Kiyev Rusiyanın separatçılara hərbi dəstək verdiyini bildirsə də, Moskva bu ittihamları rədd edir. Digər tərəfdən, Kiyev və Qərb ölkələri Rusiyanın sərhəddə on minlərlə əsgər topladığını və Ukraynanı işğal etməyə hazırlaşdığını iddia edir.
//Gülnarə Abasova, Editor.az

