Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdibackend

Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna tərəfinə İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq həlak olmuş daha 1 200 hərbçinin cəsədini təhvil verib.

Oxu.Az xəbər verir ki, bunu RBK-ya Rusiya-Ukrayna danışıqlar qrupundakı mənbə bildirib.

“Rusiya İstanbul razılaşmalarını yerinə yetirməkdə davam edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Kiyev Rusiyaya həlak olmuş hərbçilərin bir dənə də olsun meyitini təhvil verməyib.

Qeyd edək ki, bu, İstanbul razılaşmalarına əsasən tərəflər arasında dördüncü cəsəd mübadiləsidir.