“Oktyabrın 6-na keçən gecə Rusiya silahlı qüvvələri “ Şahed ” tipli pilotsuz uçuş aparatları ilə növbəti dəfə Ukraynaya hücum edib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat verib.
Bir neçə qrup tərəfindən cənub, şərq və mərkəzi bölgələr istiqamətində göndərilən 33 kamikadzenin atışları qeydə alınıb. Hava hücumunun dəf edilməsində qırıcı təyyarələr, zenit-raket qüvvələri, mobil atəş qruplarının bölmələrindən istifadə edilib.
“Hərbi Hava Qüvvələri tərəfindən 25 “Şahed-131/136” xüsusilə Odessa, Nikolayev, Xarkov, Dnepropetrovsk, Çerkassı və Jitomir vilayətləri daxilində məhv edilib”,- deyə məlumatda vurğulanıb.
//Safura Bənnayeva, Editor.az