Rusiya Ukraynaya buna görə təzyiq edir – Borrellbackend

Rusiya Ukraynaya buna görə təzyiq edir – Borrell

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanı ələ keçirməkdə maraqlı deyil. O, ilk növbədə təhlükəsizlik məsələlərini həll etmək üçün danışıqlara can atır.

Editor.az  Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin baş diplomatı Jozep Borrell çıxış edib.

“Məqsəd Ukraynanı işğal etmək deyil. Rusiya üçün mühüm məsələ – NATO-nun genişlənməsi və mövcud təhlükəsizlik problemlərini müzakirə etmək üçün danışıqlara nail olmaqdır”, – Borrell söyləyib.

O izah edib ki, Rusiya üçün vacib olan Ukrayna deyil, Avropada yeni təhlükəsizlik arxitekturasıdır:

“Hesab edirəm ki, Rusiya üçün Ukrayna deyil, Avropanın yeni təhlükəsizlik arxitekturası önəmlidir. Rusiyanın təhlükəsizlik narahatlığı və bu haqda danışmaq istəyi var, ona görə də Ukraynaya təzyiq edir”.