Rusiya Ukraynaya dron hücumunda yeni rekord müəyyənləşdirdibackend

Rusiya Ukraynaya dron hücumunda yeni rekord müəyyənləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu mayın 18-i gecə saatlarında Ukraynaya rekord sayda dronla hücum edib.

Oxu.Az focus.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilir ki, Rusiya müxtəlif tipli 273 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ən böyük sayda dron hücumudur.

Rusiyanın Ukraynaya qarşı buraxdığı dronların sayına görə əvvəlki rekord cari il fevralın 23-də qeydə alınıb.

Həmin vaxt hücum üçün iki ballistik raketdən və 267 zərbə PUA-sından istifadə olunub.