Oktyabrın 16-na keçən gecə Ukraynaya genişmiqyaslı hava hücumu zamanı Rusiya ilin əvvəlindən bəri Ukraynaya ən çox sayda “İsgəndər-M/KN-23” ballistik raketləri atıb.
Editor.az xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya enerji infrastrukturu obyektlərinə kompleks zərbə endirib: 28-i ballistik (26 İsgəndər-M/KN-23 və iki Kinjal aeroballistik raketi) olmaqla, 320 hücum pilotsuz uçuş aparatı və 37 raket atıb. Əsas atışlar Poltava və Xarkov vilayətlərinə olub.
Atılan ballistik raketlərin heç biri vurulmayıb. “The Insider” yazır ki, bundan əvvəl Rusiyanın Ukraynaya bir zərbəsində istifadə etdiyi “İsgəndər-M” raketlərinin maksimum sayı 14 (24 may və 10 oktyabrda) olub.
//Samir Qurbanov, Editor.az

