Rusiya Ukraynaya muzdlu döyüşçülər göndərməkdə davam edirbackend

Rusiya Ukraynaya muzdlu döyüşçülər göndərməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya yaxın günlərdə və həftələrdə Ukraynaya daha 1000-ə qədər muzdlu əsgər göndərməyə hazırdır. Editor.az xəbər verir ki, CNN xəbər verir ki, bu barədə yüksək rütbəli Qərb kəşfiyyatı rəsmisi xəbərdarlıq edib. Onun fikrincə, Moskva “şəhərləri ələ keçirməzdən əvvəl bombalamağı” düşünür ki, bu da mülki əhalinin xeyli itkiyə səbəb ola bilər: “Biz onların (muzdlular – UNİAN) hərbi əməliyyatlara cəlb olunduğuna dair bəzi əlamətləri görürürük və çox güman ki, Rusiya yaxın gələcəkdə daha 1000-ə qədər muzdlu əsgər göndərməyi planlaşdırır. Bununla da o, Ukraynaya müdaxilənin ikinci həftəsində zəifləmiş bölmələri gücləndirməyi planlaşdırır”. Qərb kəşfiyyatın rəsmisinin sözlərinə görə, indiyə qədər müharibədə 200-ə yaxın muzdlu öldürülüb.

//Gülnarə Abasova, Editor.az