Rusiya Ukraynaya nüvə zərbələri endirə bilərbackend

Rusiya Ukraynaya nüvə zərbələri endirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada nüvə müharibəsi təhlükəsi getdikcə artır.

Editor.az xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) Fövqəladə Humanitar Yardımın Koordinasiyası Direktorluğunun rəhbəri Ramesh Rajasingham deyib. Onun sözlərinə görə, “vaxtilə ağlasığmaz olan nüvə münaqişəsi perspektivi indi yenidən mümkündür”.

Xatırladaq ki, aprel ayında RF xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin “əhəmiyyətli” riskləri barədə açıqlama vermişdi. Onun sözlərinə görə, Rusiyanın prinsipial mövqeyi nüvə silahından istifadənin yolverilməzliyidir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Rusiya ilə NATO arasında birbaşa münaqişə olacağı təqdirdə nüvə müharibəsi riski barədə xəbərdarlıq etmişdi.

Editor.az