Rusiya Ukraynaya qarşı ən kütləvi hücumlarından birini həyata keçiribbackend

Rusiya Ukraynaya qarşı ən kütləvi hücumlarından birini həyata keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 18-nə keçən gecə ruslar pilotsuz uçuş aparatları ilə Ukraynaya güclü hücuma keçiblər. Ukrayna Müdafiə Qüvvələri Kiyevə doğru hərəkət edən bütün PUA-ları zərərsizləşdirib.

Editor.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi bildirib. İdarədən əlavə edilib ki, əsgərlərimiz paytaxtın hava məkanında və onun ətraf ərazilərində 4,5 saatdan artıq döyüş aparıb. KVHA qeyd edib ki, əməliyyat məlumatlarına əsasən, Kiyevdə dağıntı və tələfat yoxdur: “Rusiya qoşunları Ukraynada mülki əhaliyə və infrastruktura pilotsuz təyyarələrlə ən kütləvi hücumlarından birini həyata keçirib”.

Bundan əvvəl məlum olub ki, oktyabrın 18-nə keçən gecə Ukraynanın bir sıra regionlarında və Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Bölgələrdə düşmənin “Şahed” tipli pilotsuz uçan aparatlarının aşkar edildiyi bildirilib.

//Samir Qurbanov, Editor.az