Rusiya işğalçıları Ukraynaya qarşı müharibə üçün muzdlu axtarışı məqsədilə Afrikaya ekspedisiya hazırlayır.
Editor.az bildirir ki, bu barədə dekabrın 25-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı Milli Müqavimət Mərkəzindən (MMM) məlumat verilib.
Mərkəzin məlumatına görə, ruslar Kursk bölgəsində qondarma “Afrika Korpusu”nu doldurmaq üçün 50-dən 100-ə qədər əsgər və zabit cəlb etmək üçün xüsusi kampaniya aparırlar.
Rusiya onu əvvəllər Afrikada fəaliyyət göstərən və 2022-ci ildə Ukraynaya müharibəyə göndərilmiş “Vaqner” özəl hərbi şirkətinin muzdlularının əvəzi kimi yaradır. Burkina Faso ərazisində kontingentin genişləndirilməsi planlaşdırılır və muzdluların əsas fəaliyyəti yerli sakinlərin hazırlanması və Ukraynaya qarşı müharibəyə göndəriləcək yerli muzdluların yeni dalğalarının hazırlanması olacaq.
“Qeyd edirik ki, Ukraynada asan pul yoxdur və cinayətin qiyməti getdikcə artmaqdadır”, – MMM bildirib. Onlar xatırladıblar ki, Ukrayna müdafiə qüvvələri artıq 350 mindən çox işğalçını məhv edib.
//Samir Qurbanov, Editor.az

