Rusiya Ukraynaya qarşı savaşmaq üçün yeni “məhbuslar ordusu” yaradır – Volodimir Zelenskibackend

Rusiya Ukraynaya qarşı savaşmaq üçün yeni “məhbuslar ordusu” yaradır – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün yeni məhbusları səfərbər etməyə hazırlaşır.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 11-də Estoniya prezidenti Alar Karis ilə Tallində birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, genişmiqyaslı işğalın əvvəlində işğal ordusu döyüş hissələrini, bir çox müharibələrdə – Çeçenistanda, Əfqanıstanda, Suriyada, Afrikada təcrübəsi olan karyera zabitlərini itirib. Eyni şey, əhəmiyyətli bir hissəsi əfv edilmiş məhbuslardan ibarət tanınmış terror təşkilatı olan “Vaqner” PMC-nin muzdlularına da aiddir.

“Onlar “vaqnerçi”lərinin onurğasını itiriblər və onları yenidən qurmaq istəyirlər. İndi onlar yeni məhbusları səfərbər etmək və onları “vaqnerçi”lərdən ibarət yeni briqadalar formalaşdırmaq istəyirlər… Çatışmazlıqlar var”, – Zelenski izah edib. O vurğulayıb ki, məhz buna görə də hərbi əməliyyatların mümkün fasiləsi və ya münaqişənin dondurulması ilk növbədə təcavüzkar ölkə üçün faydalıdır.

O qeyd edib ki, işğalçılara silah və sursat ehtiyatlarını artırmaq üçün də vaxt lazımdır.

//Samir Qurbanov, Editor.az