Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Rusiya Ukrayna ilə müharibəyə dünyanın müxtəlif yerlərindən, xüsusən də Liviya və Suriyadan muzdluları cəlb edir.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. Xəbərdə deyilir:
“Bizdə məlumat var ki, Suriya muzdlularını bura (Ukraynaya – red.) gətirirlər. Özü də təkcə Suriya muzdlularını deyil, dünyanın bir çox ölkəsindən olan muzdluları. Onların arasında Liviya, Abxaziya, Osetiya və b. bölgələrdən olan döyüşçülər də var. Onların bir çoxu öldürülüb və əlimizdə sənədləri var”.
Editor.az
.

