Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumata görə, saat 14:26-da Kirovoqrad, Nikolayev və Xerson vilayətləri üçün ballistik silahlardan istifadə təhlükəsi olduğu barədə xəbərdarlıq edilib.
Xəbərdarlıqdan bir saat keçdikdən sonra isə rus hərbiçiləri tərəfindən əvvəlcə Nikolayev vilayətinin bir neçə istiqamətinə ardınca da Çerkassı,Poltava və Kirovoqrad ərazilərinə hücum baş tutub. Yaralanma və ölüm faktı ilə bağlı məlumat verilməyib.
//Safura Bənnayeva, Editor.az

