Rusiya Ukraynaya yardıma görə Avropaya qarşı təxribatı gücləndirib – NYTbackend

Rusiya Ukraynaya yardıma görə Avropaya qarşı təxribatı gücləndirib – NYT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hücumlarının sayı 2022-ci ildən 2023-cü ilə qədər dörd dəfə, daha sonra 2023-cü ildən 2024-cü ilə qədər üç dəfə artıb.

Son iki ildə Rusiya Avropa və ABŞ-a Ukraynaya dəstəyini məhdudlaşdırmaq üçün təzyiq göstərmək məqsədilə təxribat fəaliyyətini xeyli artırıb. Bu barədə “The New York Times” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına istinadən yazır.

Moskvanın gizli kampaniyası Avropadakı dənizaltı kabelləri, anbarları və dəmir yollarını hədəf alır. Qeyd olunur ki, Rusiya hücumlarının sayı 2022-ci ildən 2023-cü ilə qədər dörd dəfə, daha sonra isə 2023-cü ildən 2024-cü ilə qədər üç dəfə artıb.

//Samir Qurbanov, Editor