“Rusiya və Ermənistanı təşvişə salacaq yeni bir planın şahidi olacağıq”- Politoloqbackend

“Rusiya və Ermənistanı təşvişə salacaq yeni bir planın şahidi olacağıq”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə növbəti dəfə qanunsuz erməni silahlı birləşmələri Şuşa ətrafında bölmələrimizi atəşə tutub. Artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, 10 noyabr üçtərəfli bəyannamənin 4-cü bəndi yerinə yetirilmir, hətta silahlı erməni birləşmələri Azərbaycana qarşı silahlı hücumlar təşkil edir:

“Azərbaycan hərəkətə keçməlidir. 1990-cı illər deyil ki, Rusiya hərbiçiləri olduğu üçün biz seyrçi qalacağıq. Qarabağdakı ermənilərin bu fəaliyyətinə Rusiya məsuliyyət daşıyır. Buna baxmayaraq Rusiya bununla N. Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı erməni separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əlehinə işləyir. Bunu N. Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi Rusiyanın ölkəsində mövqelərini zəiflətməyə çalışacaq. Müharibədən sonra, Rusiya Qarabağda belə bir vəziyyət yaradaraq göstərmək istəyir ki, münaqişə bitməyib”.

Politoloqun sözlərinə görə, Ermənistanda seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi:

“Rusiya məhz bunun qarşısnı alması üçün Qarabağda erməni təxribatlarına rəvac verir. Baş verənlər Kremldən idarə olunur. Ermənistanın Qarabağda kiçik bir ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını bununla sabotaj edir. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni silahlılarının postlarımıza hücumunu təhrik edəcək”.

Məhəmməd Əsədullazadə deyib ki, baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək. N. Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadii inkişafı təmin edə bilməyəcək:

“Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və R. Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla N. paşinyanın mövqelərini sarsıtmağa çalışır. Rusiya post-münaqişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olur. Rusiyanın əsas planı bundan ibarətdir. Ona görə də N. Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə keçir. Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan Türkiyə ilə birgə regionda daha da güclənəcək. Azərbaycan Qarabağda erməni silahlı birləşmələrini zərərləşdirməlidir. Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusiya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik”.

//Gülnarə Abasova, Editor.az

Loading...