Rusiya və ABŞ arasında YENİ START yoxlama görüşü təxirə salınıbbackend

Rusiya və ABŞ arasında YENİ START yoxlama görüşü təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanmış və 2011-ci ildən qüvvəyə minən Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) icrası və nəzarəti ilə bağlı 29 noyabr-6 dekabr tarixləri arasında Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan təftiş iclası təxirə salınıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı audit iclasının niyə təxirə salındığı açıqlanmayıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ildirib ki, Yeni START çərçivəsində yoxlamaların bərpası məqsədi ilə Rusiya ilə ABŞ arasında danışıqlar aparılacaq.

//Safura Bənnayeva, Editor.az