Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.
Editor.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Səfirliklərin bərpası Rusiya və Amerika nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.
“Biz yüksək səviyyəli diplomatlarımızın, ekspertlərimizin Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədilə əvvəlki administrasiyanın qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemlərin görüşüb araşdırılacağını bəyan etmişdik ki, biz də təbii ki, buna qarşılıq vermişik və Amerika səfirliyinin Moskvadakı fəaliyyəti üçün də narahatedici şərait yaratmışıq. Belə bir görüş sabah İstanbulda baş tutacaq. Düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi aydın göstərəcək”, – Sergey Lavrov Dohada mətbuat konfransında deyib.
Xatırladaq ki, Rusiya və ABŞ nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri fevralın 18-də Ər-Riyadda keçirilən ilk görüşündə Rusiya-Amerika münasibətlərinin bərpası və Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qruplarının formalaşdırılması istiqamətində addımlar müzakirə edilib.
//Samir Qurbanov, Editor.az

