Rusiya və ABŞ dünya silah ixracatında lider olmağa davam edirbackend

Rusiya və ABŞ dünya silah ixracatında lider olmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ dünya silah ixracatında lider olmaqda davam edirlər, Ukrayna isə idxalçılar arasında ilk beşliyə düşüb.

Editor.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatında qeyd olunur.

İsveçli tədqiqatçılar 2018-2022-ci illərdə ABŞ-dan silah ixracının 2013-2017-ci illərlə müqayisədə 14% artdığını, ABŞ-ın silah bazarındakı ümumi payının isə 40% olduğunu bildirirlər. Eyni zamanda, Rusiya xaricə silah tədarükünü əhəmiyyətli dərəcədə azaldıb – 2013-2017-ci illərlə müqayisədə 2018-2022-ci illərdə 31%, indi isə Rusiya Federasiyasının silah bazarındakı payı 22% deyil, 16% təşkil edir. Çünki Rusiya öz silahlı qüvvələrinin tədarükünü prioritetləşdirəcək. Avropada silah idxalında artım müşahidə edilsə də (47% artdı) dünyanın bir çox ölkələrində, xüsusilə Afrikada silah alışı güclü şəkildə azalıb. Ümumilikdə qlobal silah idxalı 5,1% azalıb.

//Gülnarə Abasova, Editor.az