Rusiya və ABŞ səfirlikləri arasında yeni iş səfəri planlaşdırılırbackend

Rusiya və ABŞ səfirlikləri arasında yeni iş səfəri planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Federasiyası ilə ABŞ arasında iki ölkənin səfirliklərinin işinin normallaşdırılması üzrə danışıqların yeni raundu planlaşdırılıb.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Ryabkov həmçinin qeyd edib ki, gələcək görüş üçün hələlik konkret tarix yoxdur.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Moskva və Vaşinqtonun iki ölkənin səfirliklərinin yenidən açılmasını müzakirə etmək üçün yeni nümayəndə heyətinin görüşünü keçirməyi planlaşdırdıqlarını açıqlamışdı.

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev mayın 10-da diplomatik nümayəndəlikdə keçirilən mərasimdə iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərin olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az