“Boeing P-8 Poseidon” anti-sualtı patrul təyyarəsi Aralıq dənizi üzərində planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Su-35 “təyyarəsinə” təhlükəli şəkildə yaxınlaşıb.
Hadisəyə səbəb olan təyyarə ABŞ-ın himayəsi altında beynəlxalq koalisiyaya məxsusdur.
Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəis müavini, birinci dərəcəli kapitan Oleq İqnasyuk vəziyyəti şərh edərək, lazımi tədbirləri görən rusiyalı pilotun yüksək peşəkarlığı sayəsində toqquşmanın qarşısının alındığını bildirib. Oktyabrın 28-də keçirdiyi brifinqdə İqnasyuk antiterror koalisiyasının aviasiyasının Suriya hava məkanında təhlükəli insidentlər törətməkdə davam etdiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

