Rusiya və Belarus iki birgə hərbi təlim keçirəcəkbackend

Rusiya və Belarus iki birgə hərbi təlim keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Belarus mart ayında iki birgə taktiki hərbi təlim keçirəcək.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 9-dan 20-dək Rusiyanın Ulyanovsk vilayətindəki “Polivno” poliqonunda keçiriləcək təlimə Rusiya tərəfdən 400 hərbçi, 100 ədəd döyüş texnikası, Belarus tərəfdən 80-dən çox hərbçi qatılacaq. Təlimə Rusiya Mərkəzi Hərbi Dairəsinin 2 ədəd “Mi-24” tipli zərbə və 6 ədəd “Mi-8AMTŞ” tipli nəqliyyat-döyüş vertolyotları da cəlb ediləcək.

Paralel olaraq 15-27 mart tarixlərində Minsk vilayətindəki “Osipoviçskiy” poliqonunda Rusiya-Belarus birgə taktiki təlimi keçiriləcək. Təlimə Rusiya tərəfdən 90 hərbçi , Belarus tərəfdən 400 hərbçi və 100 döyüş texnikası cəlb ediləcək.