Bu gün Rusiya Federasiyası və Belarus Respublikasının müdafiə nazirləri hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalayıblar.
Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, sənəd beş il müddətinə nəzərdə tutulub. Nazirin sözlərinə görə, proqram hərbi komandanlıq qurumlarına ölkələrin və bütövlükdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək üçün daha səmərəli qarşılıqlı fəaliyyətə imkan verəcək. Ümumilikdə, nazirlər kollegiyasının iclasında tərəflər birgə işə dair 14 sənəd imzalayıblar.
Qeyd edək ki, iki ölkənin strateji tərəfdaşlıq proqramı ilk dəfə 2021-ci ildə qəbul edilib. Belarus prezidenti Aleksandr Lukaşenko o zaman bəyan etmişdi ki, Belarus ordusu Rusiya təcrübəsini mənimsəmək və yeni silahlar hazırlamaq niyyətindədir.
//Samir Qurbanov, Editor.az

