Rusiya və Belarus prezidentləri təhlükəsizlik haqqında saziş imzalayıblarbackend

Rusiya və Belarus prezidentləri təhlükəsizlik haqqında saziş imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezideni Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik və sabitliyin təminatı haqqında saziş imzalayıblar.

Razılaşmaya əsasən, Putinin qeyd etdiyi kimi, tərəflər suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün “bütün mövcud qüvvə və vasitələrdən” istifadə edə bilər. Söhbət, digər məsələlərlə yanaşı, Belarus ərazisində yerləşən Rusiyanın taktiki nüvə silahlarından istifadə imkanlarından gedir. Vladimir Putin xatırladıb ki, nüvə silahından istifadə şərtləri yenilənmiş doktrinada təsbit olunub.

“Həyat özü bizi məcbur edir ki, dövlətlərimizin müdafiə qabiliyyətinə xüsusi diqqət yetirək. Təhlükəsizliyə təminat haqqında saziş imzalamaqla biz strateji müttəfiqlik və hərəkətlərin əlaqələndirilməsinin görünməmiş səviyyəsinə çatırıq”, – Aleksandr Lukaşenko deyib. O əlavə edib ki, müqavilənin imzalanması Qərb ölkələrini “həyəcanlandırıb”.

Görüşdə Aleksandr Lukaşenko Vladimir Putindən “Oreşnik” ballistik raketlərini tədarük etməyi xahiş edib. Rusiya prezidenti bunu təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması ilə bağlı mümkün hesab edib. O, Belarusun ilk raketlərini 2025-ci ilin ikinci yarısında alacağına söz verib.

//Samir Qurbanov, Editor.az