Rusiya və Böyük Britaniya yeni ümumi təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə ediblərbackend

Rusiya və Böyük Britaniya yeni ümumi təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyan edib ki, Rusiya və İngiltərə ümumi təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə ediblər.

Editor.az-ın məlumatına görə, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Sky News-a bildirib.

“Önümüzdəki illərdə iki çox ciddi razılaşmanın olacağını düşünürəm. Birincisi, Ukrayna ilə bağlıdır. İkincisi, Avrasiya qitəsində daha geniş təhlükəsizlik arxitekturasına aiddir. Hələ ideya mərhələsindədir, lakin biz onun üzərində işləməyə başlayırıq. Ən azından danışıqlar başlayıb. Bəzi paytaxtlarla danışdıq. Mən bunu burada, Londonda ilkin səviyyədə Xarici İşlər Nazirliyinin nümayəndələri ilə müzakirə etmişəm və təbii ki, onlar hələ buna hazır deyillər”,- Kelin deyib.

Avro-Atlantik təhlükəsizlik sisteminin “işləmədiyini” və bunun indikidən fərqli daha geniş bir razılaşmaya ehtiyac olduğunu bildirən səfir onu da qeyd edib ki, diplomatlar buradakı insanların çoxu kimi təkcə sabahı düşünməməlidir.

//Gülnarə Abasova, Editor.az