Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Qəzza zolağında İsrail və Fələstinin
“HƏMAS” qruplaşması arasında müharibə ilə bağlı ABŞ-ın hazırladığı qətnaməyə veto qoyub.
Editor.az bildirir ki, bu barədə “Reuters” agentliyi xəbər verir. Qətnamə Qəzza zolağında humanitar böhranın həllinə və yardımlara çıxışı təmin etmək üçün zorakılığın dayandırılmasına çağırışdan ibarət olub. Birləşmiş Ərəb Əmirlikləri də qətnamənin əleyhinə səs verib, 10 üzv lehinə, iki üzv isə bitərəf qalıb.
//Samir Qurbanov, Editor.az

