Rusiya və Çin BRICS danışıqları zamanı Qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirəcəkbackend

Rusiya və Çin BRICS danışıqları zamanı Qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2024-cü ildəki fəaliyyəti Rusiya və Çinə Qlobal Cənub ölkələri ilə əlaqələrini daha səmərəli gücləndirmək imkanı verir.

Editor.az bu barədə “Sky News Australia”ya istinadla xəbər verir.

“Rusiya və Çin heç bir manipulyasiya olmadan Qlobal Cənubla münasibətlərini inkişaf etdirmək istəyir. Bu proqramlar bu ilin sonunda yeni üzvləri qəbul edən ŞƏT və BRICS sammitləri zamanı daha da inkişaf etdiriləcək”, – məlumatda deyilir.

Məqalədə Moskva və Pekinin Qlobal Cənub ölkələri ilə əlaqələrini gücləndirmək üçün siyasi və ya iqtisadi təzyiqlərə əl atmadığı qeyd edilib və bu siyasətin Vaşinqton və müttəfiqlərinin həyata keçirdiyi siyasətdən daha cəlbedici olduğu vurğulanıb. Qərbin dünyada getdikcə təsirini itirdiyini yazan Muraviev Rusiya və Çinin Qlobal Cənub ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığının yeni çoxqütblü dünyada alternativ güc mərkəzinin formalaşmasına kömək etdiyini bildirib və əlavə edib.

//Gülnarə Abasova, Editor.az