Rusiya və Çin siyasətdə zoraklığın və dünya nizamının pozulmasına qarşı olduqlarını bəyan ediblərbackend

Rusiya və Çin siyasətdə zoraklığın və dünya nizamının pozulmasına qarşı olduqlarını bəyan ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Çin güc, zorakılıq, birtərəfli sanksiyalar və eksterritorial toxunulmazlıq hüququndan imtina siyasətinə qarşı çıxış edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin birgə imzaladığı bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin qeyd olunur ki, Rusiya Federasiyası və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin və müharibədən sonra qurulmuş dünya nizamının toxunulmazlığını qətiyyətlə müdafiə etmək niyyətindədirlər.

İki ölkə liderinin imzaladığı bəyanatda həmçinin vurğulanır ki, Rusiya Federasiyası və Çin böyük dövlətlər arasında qarşıdurmanın əleyhinədirlər və fərqindədirlər ki, bu toqquşma nəticəsində zəif dövlətlər şikara çevrilir.

Mənbə: RİA Novosti