Rusiya və Çinin kosmosda “genetik silah”ı var?backend

Rusiya və Çinin kosmosda “genetik silah”ı var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kosmik Qüvvələrinin Əməliyyatlar rəisi Çens Salsman Rusiya və Çinin kosmosda ABŞ peyklərini təhdid edə biləcək silahlara sahib olduqlarını iddia edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası orbitdə “çox aqressiv imkanlar” nümayiş etdirir. Söhbət peyklərə “aqressiv şəkildə” yaxınlaşmaqdan gedir. Bundan əlavə, Rusiya, “kinetik qurğu sayıla biləcək bir şeyi orbitə çıxarıb”. Çin isə “mexaniki qolu olan peyki tutmaq və onu orbitdən çıxarmaq” qabiliyyətini nümayiş etdirib”, – general əlavə edib.

Daha əvvəl “Bloomberg” ABŞ Kosmik Qüvvələrinə istinadən xəbər vermişdi ki, 2025-ci ildə ABŞ Rusiya və Çin peyklərini məhv etmək üçün silahları işə salacaq.

//Samir Qurbanov, Editor.az