Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdübackend

Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.

Editor.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.

Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

 

APA