Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmaq üçün hazırdırbackend

Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmaq üçün hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin yekun, son nöqtələrini hazırlayırlar. Tərəflər yaxın gələcəkdə saziş bağlamaq niyyətindədirlər.

Editor.az bildirir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov məlumat verib. “Bu, həqiqətən də, Rusiya-İran qarşılıqlı əlaqələrini yaxın illər və bəlkə də onilliklər üçün müəyyən edə biləcək ən mühüm fundamental sənəddir. Söhbət yeni dövlətlərarası sazişdən, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıqdan gedir” – Dedov qeyd edib.

Diplomat əmin edib ki, hazırda sənəd yekun işlənmə mərhələsindədir və onun imzalanmasının dəqiq vaxtını söyləmək çətin olsa da, o, “yaxın gələcəkdə” imzalanacaq.

//Samir Qurbanov, Editor.az