Rusiya və İran beynəlxalq sanksiyalara qarşı birgə mübarizə aparacaqlarbackend

Rusiya və İran beynəlxalq sanksiyalara qarşı birgə mübarizə aparacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan beynəlxalq sanksiyaların mənfi nəticələrinə qarşı mübarizə və kompensasiya vasitələri haqqında bəyannamə imzalayıblar.

Lavrov qeyd edib ki, sənəd iki ölkə arasında qeyri-qanuni məhdudiyyətlərə qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Əlbəttə, bu, ABŞ və onun müttəfiqlərinin diplomatiyanı əvəzlədiyi qeyri-qanuni sanksiyaların aradan qaldırılması üçün dünya birliyi üzvlərinin səylərinin əlaqələndirilməsinin artırılması istiqamətində mühüm addımdır”, – Nazirlik bildirir.

Bəyannamənin imzalanması Moskvada Rusiya və İran Xarici İşlər nazirliklərinin rəhbərləri arasında ikitərəfli danışıqlar zamanı baş tutub. Hossein Amir Abdollahian beş Xəzəryanı ölkənin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) nazirlər görüşündə iştirak etmək üçün bu gün, dekabrın 5-də Rusiyanın paytaxtına gəlib.

Xatırladaq ki, İran 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altındadır. 1979-cu il İslam İnqilabı ölkəyə uzunmüddətli məhdudiyyətlər dövrü başlayıbı. Sanksiyaların əksəriyyəti ABŞ tərəfindən qoyulub.

//Samir Qurbanov, Editor.az