Rusiya və İran “böyük dövlətlərarası saziş” bağlamağa hazırlaşırlarbackend

Rusiya və İran “böyük dövlətlərarası saziş” bağlamağa hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov bazar ertəsi iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefonla danışıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Tərəflər Rusiya-İran qarşılıqlı fəaliyyətinin cari məsələlərini, həmçinin iki ölkə prezidentləri Vladimir Putin və İbrahim Rəisinin son görüşünün nəticələrini müzakirə ediblər. Nazirlər həmçinin yeni “böyük” dövlətlərarası sazişin təsdiqini sürətləndirmək barədə razılığa gəliblər.

Xarici İşlər Nazirliyi sənədin yüksək hazırlıq səviyyəsində olduğunu qeyd edib. Bundan əlavə, departament rəhbərləri Yaxın Şərqdəki münaqişədən də danışıblar. Lavrov və Abdollahian atəşkəs və döyüşlər zamanı zərər çəkən bütün mülki şəxslərə yardım göstərilməsinin vacibliyini vurğulayıblar.

//Samir Qurbanov, Editor.az