“Rusiya və İran Ermənistanda öz geosiyasi maraqlarını reallaşdırır”-AÇIQLAMAbackend

“Rusiya və İran Ermənistanda öz geosiyasi maraqlarını reallaşdırır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Rusiyanın Ermənistanda xüsusilə də Zəngəzur bölgəsində konsulluq açmasının əsas məqsədi yeni yaranacaq kommunikasiya sistemində özünün müəyyən mənada iştirakını və nəzarətini təmin etməkdən ibarətdir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, həmin dövlətlər əgər bu ərazilərdə mövcud olacaqlarsa, öz maraqlarını da reallaşdırmağa çalışacaqlar:

“Ermənistan da buna qarşı çıxa bilməyəcək. Rəsmi İrəvanın təhlükəsizliyi üçün bu dövlətlərin konsulluqlarının, bayraqlarının varlığı zəmanət hesab olunur. Ermənistan  bu qədər absurd bir xarici siyasət yürütməyə davam edir. Bir tərəfdə İran Zəngəzurda öz konsulluğu açıb, bayrağını dalğalandırır, digər tərəfdə Azərbaycan-Ermənistan sərhədində Zəngilan istiqamətində Rusiya bayrağı qaldırılıb. Eyni proses bu gün Naxçıvan bölgəsində Arazdəyəndə mövcuddur”.

Politoloq qeyd edir ki, Ermənistan həmin bayraqların arxasında gizlənir: ” Bu bayraqlar, konsulluqların fəaliyyəti guya Ermənistana qarşı olan qüvvələr üçün çəkindirici məqam daşıyacaq. Lakin məsələ Azərbaycanın dövlət təhlükəsizliyi və maraqları kontekstində həll olunmağa başlayanda bu vasitələr hər hansı işə yaramayacaq. Həmin ölkələr Ermənistanda  konsulluqlar açmaqla yalnız öz geosiyasi maraqlarını reallaşdırmağa çalışırlar”.

//Safura Bənnayeva, Editor.az