Rusiya və İran neft- qaz mübadiləsi imkanlarını müzakirə etməkdə davam edir. Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Novak xatırladıb ki, “Qazprom” ilə İranın Neft və Qaz Şirkəti arasında imzalanmış anlaşma memorandumu var. Bundan əvvəl Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov Rusiya qazına olan tələbatı qiymətləndirib. Onun sözlərinə görə, yanacağın satışında problem gözlənilmir. Nazir onu da qeyd edib ki, Moskva Avropaya qaz verməkdən imtina etmir.
//Gülnarə Abasova, Editor.az