Rusiya diplomatiyası rəhbərinin müavini Andrey Rudenko Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair sənədin hazırlanmasının başa çatdığını elan edib.
Nazir müavini KİV-ə müsahibəsində Rusiya-İran sazişinin tezliklə bağlanacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, tarixi hadisə olacaq. Rudenko imzalanmanın yaxın gələcəkdə keçiriləcək ən yüksək səviyyədə ikitərəfli danışıqlar çərçivəsində baş tutacağını vurğulayıb: “İyunun 21-də Moskvada iki ölkənin Xarici İşlər Nazirliyinin hüquq və ərazi bölmələrinin ekspertlərinin çox məhsuldar məsləhətləşmələri zamanı onun mətnini yekunlaşdırmaq mümkün olub”, – Andrey Rudenko deyib.
O, əlavə edib ki, Moskva ilə Tehran arasında münasibətlərin vəziyyətini yaxşılaşdıracaq saziş üzərində işi başa çatmış hesab etmək r və onun iki il yarım davam etdiyi qənaətinə gəlmək olar.
//Samir Qurbanov, Editor.az

