Rusiya və İran strateji tərəfdaş oldubackend

Rusiya və İran strateji tərəfdaş oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federasiya Şurası Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyasını təsdiqləyib. Müqavilə uzadılma imkanı ilə 20 il müddətinə bağlanır və ümumilikdə 47 maddədən ibarətdir.

Digər məsələlərlə yanaşı, sənəddə nəzərdə tutulur ki, tərəflərdən biri təcavüzə məruz qalarsa, digəri təcavüzkara yardım göstərməməyi öhdəsinə götürür və münaqişənin BMT Nizamnaməsi əsasında həllinə yardım etməyə çalışacaq. Müqavilədə həmçinin sanksiyalara qarşı mübarizə, nüvə enerjisi obyektlərinin tikintisi, Xəzər regionunda, Mərkəzi Asiya, Zaqafqaziya və Yaxın Şərqdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə dair maddələr var. Qeyd olunur ki, tərəflərin kəşfiyyat və təhlükəsizlik xidmətləri ayrı-ayrı sazişlər çərçivəsində qarşılıqlı fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarda Moskvada keçirilən görüşdə saziş imzalayıblar. Onun üzərində iş 2022-ci ildən davam edir. Dövlət Duması onu aprelin 6-da ratifikasiya edib. Bu həftə İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfər edəcək və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

//Samir Qurbanov, Editor.az