Rusiya və İran strateji tərəfdaşlıq haqqında saziş İMZALAYIR: “Qərbin Moskvaya qarşı olduğu bir vaxtda…”backend

Rusiya və İran strateji tərəfdaşlıq haqqında saziş İMZALAYIR: “Qərbin Moskvaya qarşı olduğu bir vaxtda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran yaxın müddətdə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. Sazişin yaxın aylarda imzalanacağı planlaşdırılır. Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz etməlidir. Bu müddətdə İran Rusiyanın tərəfdaşından strateji tərəfdaşına çevrilib.

Qərbin Moskvaya qarşı olduğu bir vaxtda onun İran və Çinlə yaxınlaşma siyasəti ciddi maraq doğurur.

Editor.az İran-Çin-Rusiya yaxınlaşmasını Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimovla müzakirə edib.

Politoloq qeyd edib ki, İranla Rusiyanın strateji əməkdaşlıq barədə saziş imzalamağa hazırlaşması onlar arasındakı münasibətlərin həqiqətən də yüksək mərhələyə çatmasından xəbər verir:

“Suriya və Ukraynada aparılan müharibələr iki ölkənin yaxınlaşmasına yardım etdi. Beynəlxalq koalisiyanın bu ölkələrə tətbiq etdiyi sanksiyalar da onlara bir-biri ilə yaxınlaşmaqdan başqa çıxış yolu buraxmadı. Bu baxımdan İranla Rusiya arasında qeyd olunan  sazişin imzalamağa hazırlanması heç də təəccüblü deyil. Bu saziş onlara qeyd etdiyim cəbhələrdə birgə mübarizə aparmaq və Avropa, Amerikaya qarşı dayana bilməkdə dəstək verəcək”.

Ə. İbrahimov sözügedən əməkdaşlığın Çinlə bağlı məqamlarına da toxunub:

“Bu nəinki İranla Rusiyanın  Çinin də mənafeyinə xidmət edəcək. Çin Amerika Birləşmiş Ştatları ilə qarşıdurmada bu ölkələrdən öz mənafeyi naminə istifadə edəcək. Ona görə də Pekinin yardımına ciddi şəkildə bel bağlamasalar daha məntiqli olar”.

//Gülnarə Abasova, Editor.az