Rusiya və İran strateji tərəfdaşlıq sazişinin imzalanmasında və bəyannamənin hazırlanması prosesinin tezliklə başa çatdırılmasında maraqlıdırlar.
Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Biz yeni böyük dövlətlərarası sazişin layihəsini hazırlamağa davam edirik. Hər iki tərəf bu sənədin razılaşdırılması və imzalanması prosesini başa çatdırmaqda maraqlı olduqlarını təsdiqləyir”, – Zaxarova deyib.
O, həmçinin xatırladıb ki, bundan əvvəl Rusiya və İran XİN rəhbərləri arasında telefon danışığı olub və onlar Rusiya Federasiyası ilə Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası arasında strateji dialoq görüşünün nəticələrini müzakirə ediblər. Diplomat vurğulayıb ki, nazirlər beynəlxalq hüququn prinsiplərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
//Samir Qurbanov, Editor.az

