Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paturşev Moskvada iranlı həmkarı Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Editor.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti xəbər verib: “Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədiyan arasında danışıqlar başlayıb”, – xəbərdə deyilir.
Bundan əvvəl Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçirilən tədbirlər çərçivəsində İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahyanla görüş keçirib.
//Samir Qurbanov,Editor.az

