Rusiya və İranın enerji şirkətləri vahid konsorsiumda birləşə bilərbackend

Rusiya və İranın enerji şirkətləri vahid konsorsiumda birləşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İranın enerji şirkətləri daha səmərəli iş üçün konsorsiumda birləşə bilər.

Editor.az bildirir ki, bunu Tehranda keçirilən beynəlxalq Neft Sərgisinin açılışı zamanı neft nazirinin müşaviri Hüseyn Şameli deyib. Şamelinin sözlərinə görə, Rusiya-İran enerji konsorsiumunun yaradılması imkanları nəzərdən keçirilir. Konsorsium sahibkarlıq fəaliyyətini əlaqələndirmək və biznesi daha səmərəli etmək üçün müstəqil müəssisələrin müvəqqəti birliyini cəlb edir.

İranlı nazirin müşaviri qeyd edib ki, Rusiya və İran dünya enerji tələbatı məsələsində fundamental əhəmiyyət kəsb edir. İki ölkənin enerji şirkətləri təhsil sahəsində toplanmış təcrübə mübadiləsi üçün zəmin yaradılmasına, eləcə də ikitərəfli əlaqələrin inkişafının sürətləndirilməsi üçün yeni maliyyə mexanizmlərinin tətbiqinə töhfə verə bilər. qeyd edək ki, mayın 20-dək davam edəcək İranın neft sərgisində baş nazirin müavini Aleksandr Novakın başçılıq etdiyi Rusiya nümayəndə heyəti də iştirak edəcək.

  //Samir Qurbanov,Editor.az