Rusiya və KTMT Ermənistanı müdafiə etməkdən imtina etdi- AÇIQLAMAbackend

Rusiya və KTMT Ermənistanı müdafiə etməkdən imtina etdi- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ABŞ və Qərbin təsiri altında hərəkət edir. Paşinyan hakimiyyətinin sərhəd bölgəsində törətdiyi təxribatların arxasında da məhz ABŞ və Qərbin təlimatlarının ola biləcəyi tamamilə inandırıcı görünür. Çünki, hazırda Cənubi Qafqazda hərbi-siyasi xaos vəziyyətinin yaradılması hamıdan daha çox məhz ABŞ və Qərbin strateji maraqlarına cavab verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərb öz strateji maraqlarını təmin etmək üçün Ermənistandan “geopolitik alət” kimi istifadə etməyə çalışır:

“Ermənistan baş naziri Nikol Paşinyan aldığı təlimatlara uyğun hərbi təxribatlar törədərkən, beynəlxalq himayədarların Ermənistanı müdafiə edəcəyinə, dərhal Azərbaycana qarşı total təzyiqlərin başladılacağına ümid bəsləyirdi. Ancaq həmin ümidlər özünü doğrultmadı. Rusiya və KTMT Ermənistanı müdafiə etməkdən imtina etdi. Paşinyan hakimiyyətinə təlimat verib, Azərbaycan ilə hərbi qarşıdurmaya cəsarətləndirən ABŞ və Qərb isə bir neçə telefon zəngi və növbətçi atəşkəs çağırışı ilə kifayətləndi.
Nəticədə Ermənistan Azərbaycanın “dəmir yumruğu” altında təkbaşına qalaraq, bir daha əzildi. Azərbaycanın hərbi zərbələri qarşısında tək qaldığını və artıq müqavimət göstərə bilmədiyini anladıqdan sonra isə sülh mesajları vermək məcburiyyətində qaldı. Hətta Ermənistanı xilas etmək üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişini imzalamağa hazır olduğunu da bəyan etdi.Ancaq bunun qarşılığında revanşist-radikalların sərt üzü ilə üzləşdi və nəticədə sülhə yönəlik mövqeyindən geri çəkilmək məcburiyyətində qaldı. Yəqin ki, baş nazir Nikol Paşinyan bir müddət daxili etiraz dalğasının sakitləşdirilməsinə yönəlik addımlar atmağa çalışacaq. Ancaq Ermənistanda vəziyyətin nəzarət altına alınmasına və hakimiyyətini qorumağa nail olarsa, yaxın müddətdə yenə də Azərbaycan ilə sülh sazişini imzalayacaq.Çünki son silahlı toqquşmalar da göstərdi ki, Ermənistan ordusu demək olar ki, ölkəni müdafiə etmək qabiliyyətinə sahib deyil. Rəsmi İrəvana təlimatlar verənlər isə çətin vəziyyətdə Ermənistanı müdafiə edə bilmirlər. Belə vəziyyətdə Paşinyan hakimiyyətinin ən qısa zamanda sülh sazişini imzalamaqdan başqa çıxış yolu qalmayıb. Yəni, belə hesab etmək olar ki, Azərbaycan Ermənistanı artıq sülh sazişini imzalamağa məcbur etmək üzrədir. Yaxın vaxtlarda sülh sazişi imzalanacaq. Məhz ondan sonra Cənubi Qafqazda hərbi-siyasi qarşıdurma dövrü sona çatacaq, regionda əməkdaşlıq, inkişaf mərhələsi başlayacaq”.

//Safura Bənnayeva, Editor.az