Rusiya və Monqolustan xarici işlər nazirlərinin görüşündə faşizm simvolubackend

Rusiya və Monqolustan xarici işlər nazirlərinin görüşündə faşizm simvolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monqolustanın paytaxtı Ulan-Batorda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux arasında görüş keçirilib.

Editor.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, tədbir qonaqları qəbul etmək üçün yurtanın quraşdırıldığı Dövlət Sarayında baş tutub.
Burada çəkilən fotoda ritual əşya üzərində nasistlərin əsas simvolu olan svastika da kadrlarda əksini tapıb.
Xatırladaq ki, Rusiya Federasiyası fevralın 24-də səhər tezdən Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb. İşğalçılar ələ keçirdikləri ərazilərdə hərbi və mülki obyektləri atəşə tutur, insanları zorlayır, işgəncə verir, güllələyirlər.

Belə ki, Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində təkcə Mariupolda 20 mindən çox insan həlak olub.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiya Federasiyasının rəsmən “raşizm” adlı yeni antibəşəri ideologiyanın müəllifinə çevrildiyini bildirib.

Editor.az