Rusiya və Putini diz çökdürmək üçün əlimizdən gələni edəcəyik – Estoniya prezidenti Alar Karisbackend

Rusiya və Putini diz çökdürmək üçün əlimizdən gələni edəcəyik – Estoniya prezidenti Alar Karis

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna üzrə sülh danışıqlarına yalnız Rusiyanın məğlubiyyətindən sonra başlamaq mümkün olacaq.

Editor.az bildirir ki, bunu Estoniya prezidenti Alar Karis deyib. Onun fikrincə, indi ən vacib məsələ “Rus döyüş maşınının dayandırılmasıdır”: “Rusiya və Putini diz çökdürmək üçün əlimizdən gələni edəcəyik.

O zaman Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – deyə Karis Finlandiyanın “Yle” nəşrinə müsahibəsində bildirib. Estoniya hərbçilərinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə suala o, belə bir qərar vermək səlahiyyətinin olmadığını bildirib. “Bu, mənim və hətta hökumətin qərarı deyil.

Parlament qoşunların göndərilməsi ilə bağlı qərar qəbul edir”, – deyə Alar Karis əlavə edib və Ukraynanın özünün “hələlik buna ehtiyac görmədiyini” açıqlayıb.

//Samir Qurbanov, Editor.az