Rusiya və Qazaxıstan sərhədlərin demarkasiyasına hazırlaşırlarbackend

Rusiya və Qazaxıstan sərhədlərin demarkasiyasına hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya-Qazaxıstan birgə demarkasiya komissiyasının iclası keçirilib.

Editor.az bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, tərəflər bəzi ərazilərdə dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bundan əlavə, Moskva və Astana yekun sənədlərin hazırlanması üzrə işləri davam etdirib və növbəti il üçün iş planlarının yaradılmasına başlayıb.

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi əlavə edib ki, komissiya növbəti dəfə bu ilin iyununda Qazaxıstanda görüşəcək.

//Samir Qurbanov, Editor.az