Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan normallaşmasına dair məsləhətləşmələr aparılıbbackend

Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan normallaşmasına dair məsləhətləşmələr aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyət ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və buna ilk növbədə regional formatlar çərçivəsində kömək edilə biləcəyini qeyd ediblər”, – məlumatda deyilir.

Oxu.az