Rusiya və Türkiyə diplomatları Yaxın Şərqi müzakirə ediblərbackend

Rusiya və Türkiyə diplomatları Yaxın Şərqi müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin nazir müavini martın 29-da Moskvada Türkiyənin səfiri ilə danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Mixail Boqdanov və Tanju Bilgiç arasında baş tutan görüşün əsas mövzusu Yaxın Şərqdəki son hadisələr olub. “Söhbət zamanı Yaxın Şərqin aktual problemləri, Fələstin-İsrail münaqişəsinin həlli vəzifələri, Liviya və Suriyadakı vəziyyət, o cümlədən Astana formatında birgə iş çərçivəsində müzakirə edilib”, – Rusiya Xarici Siyasət Agentliyi bildirib.

Tərəflər həmçinin Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün səyləri əlaqələndirməkdə davam etmək niyyətlərini bəyan ediblər.

//Samir Qurbanov, Editor.az