Rusiya və Türkiyə prezidentlərinin görüşü olacaq, lakin…backend

Rusiya və Türkiyə prezidentlərinin görüşü olacaq, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentlərinin ilin əvvəlinə planlaşdırılan görüşü gündəmdə qalır.

Editor.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın administrasiyasından bildiriblər. Lakin gələcək danışıqlarla bağlı hələlik konkret məlumat yoxdur.

“Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir şey yoxdur”, – mesajda deyilir. Xatırladaq ki, bir qədər əvvəl Vladimir Putin Türkiyə lideri ilə 2024-cü ilin əvvəlinə planlaşdırılan görüşdən danışmışdı. Türkiyə lideri də rusiyalı həmkarı ilə danışıqlar aparacağını təsdiqləmişdi. O, mümkün mövzulardan birinin – taxıl sövdələşməsinin canlandırılmasının olacağını demişdi.

//Samir Qurbanov, Editor.az