Rusiya və Türkiyə Qarabağ üzrə Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqları bu gün davam etdirəcəkbackend

Rusiya və Türkiyə Qarabağ üzrə Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqları bu gün davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək”, – “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum çərşənbə günü, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.