Rusiya vətəndaş müharibəsinə sürüklənirbackend

Rusiya vətəndaş müharibəsinə sürüklənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə bağlı uğursuz strateji planların məsuliyyətini başqasının üzərinə atmaq üçün Rusiya Federasiyasında genişmiqyaslı daxili siyasi müharibə başlayır.

Editor.az bildirir ki, bu barədə informasiya marafonunun efirində Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. Onun sözlərinə görə, Rusiyada genişmiqyaslı daxili müharibə başlayır və bu daxili elita müharibəsinin təzahürlərindən yalnız biridir. Podolyok Priqojinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında münaqişənin nədən ibarət olduğunu izah edərkən bildirib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu gün Priqojini şəxsi hərbi xidmətlər üzərində monopoliya hesab etmir. Nazirlik müəyyən sayda dövlət korporasiyaları, məsələn, “Qazprom” və “Rosneft” ilə birlikdə ayrıca PMC-lər yaradır: “Vaqner”in bir sıra komandirləri bu PMC-lərə götürülüb”.

O, həmçinin bildirib ki, Priqojin artıq Rusiya dövlət büdcəsindən maliyyə və Rusiya Müdafiə Nazirliyi vasitəsilə vəsait almır. “Bu gün Priqojinin Kremllə birbaşa əlaqəsi yoxdur, çünki o, tamamilə zəhərlidir və rəsmi terror təşkilatı statusuna doğru irəliləyir”, – Podolyak əlavə edib. Bundan əlavə, Priqojin indi Rusiya həbsxanalarında muzdlular toplamaq imkanından məhrumdur.

“Priqojinin əlində nə qalıb? O, “blokada dəstələri”nin əhatəsində dayanıb və Müdafiə Nazirliyinin desantları hələ də ayaq üstə durur və onu döyüş meydanını tərk etməyə imkan vermirlər. O, hər gün döyüş meydanında çoxlu insan itirir və bunu qəbul etmir. Və sonra Baxmutda tamamilə uduzduqda, Putinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədinə daxil olmaq planının yerinə yetirilməməsində günahkar olduğunu deyəcəklər”, – Podolyak vurğulayıb.

Onun sözlərinə görə, buna görə Priqojinin panik əhval-ruhiyyəsi var. O, avtomobildə partladılmış rus təbliğatçısı Zaxar Prilepin daha çox Priqojinlə deyil, Rusiya prezidenti Vladimir Putinin silahdaşı olan Yuri Kovalçukla əlaqəli olduğunu bildirib.

“Bu, hazırda siyasi elitada gedən daxili müharibənin daha əhəmiyyətli konfiqurasiyasıdır. Çünki Putinin böyük klanında çoxlu kiçik klanlar var. Və bütün bu kiçik klanlar Putinlə məsuliyyətdən yaxa qurtarmaq üçün fürsət axtarırlar. Bunun üçün onlar bir-birlərini məhv etməli və ya Ukraynaya hücumla bağlı uğursuz strateji planlara görə ictimai məsuliyyəti daşımalıdırlar. Bu, miqyas baxımından daha da genişlənəcək”, – Podolyak bildirib.

  //Samir Qurbanov,Editor.az